SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi bazar ertəsi Bakının Sabunçu rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir-bərpa işləri əlaqədar saat 10:00-dan etibarən “30-cu sahə” Qazpaylayıcı Stansiyasından Bakıxanov qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılıb. Bu səbəbdən, Bakının Sabunçu rayonuna təbii qazın verilişində fasilələr yaranıb”, - - deyə şirkətdən qeyd ediblər.