Bazar ertəsi Bakıda Azərbaycan və Xorvatiya prezidentləri İlham Əliyev və İvo Yosipoviçin danışıqlarının yekunlarına dair üç sənəd imzalanıb. Bu barədə rəsmi mətbuat məlumat verib.
“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Xorvatiya xarici və Avropa işləri üzrə Nazirlik arasında imzalanıb.
İkinci sənəd - “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş” iki ölkənin Xarici İşlər Nazirlikləri arasında imzalanıb.
Həmçinin, Azərbayca XİN və Xorvatiya höküməti arasında “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb.