Cari ilin mart ayının əvvəlində Azərbaycanda 2 qanunsuz ov faktı aşkarlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Martın 1-dən 5-nə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumunun əməkdaşları tərəfindən aparılan reydlər zamanı Ağ göl Milli Parkının və Qaradağ rayonunun ərazisində ayrı-ayrılıqda bir qanunsuz ov faktı aşkarlanıb.
Hər iki hadisədə ov tüfəngləri müsadirə edilib. İki nəfər barəsində protokol tərtib olunub və 1 min manat məbləğində cərimə tətbiq edilib.