“Azərpoçt” MMC əhalidən istilik təchizatı xidmətlərinə görə ödənişləri qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərpoçt”dan məlumat verilib.
“Azərpoçt” və “Azəristiliktəchizat” ASC arasında imzalanmış müqaviləyə əsasən, istehlakçılar istilik enerjisindən istifadəyə görə ödənişləri poçt şöbələri vasitəsilə həyata keçirə biləcəklər.
Hazırda sözügedən xidmətə görə əhalidən ödənişləri qəbul etmək üçün poçt şöbələrində hazırlıq işləri aparılır.
“Azərpoçt” MMC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxildir. Hazırda “Azərpoçt”un şöbələri vasitəsilə kommunal xidmətlər, o cümlədən elektrik enerjisi, su və qaz təchizatı, telefon rabitəsi xidmət haqlarını ödəmək olar.