Azərbaycan vətəndaşları Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-sı da daxil olmaqla bir həftə istirahət edəcəklər.
Nazirlər Kabinetindən “İnterfaks-Azərbaycan”agentliyinə verilən məlumata əsasən, bu il bayram martın 20-dən 24-nə qədər qeyd edilsə də, vətəndaşlar daha çox istirahət edəcəklər.
Belə ki, Novruz bayramının sonuncu günü - 24 mart şənbə gününə düşür. Buna görə də Nazirlər Kabineti istirahət və iş günlərinin əvəz edilməsinə əməl edilməsi məqsədi ilə Novruz bayramının qeyd edilməsini şənbə gününə düşən istirahət gününü bazar ertəsinə salmaqla martın 26-na qədər uzatmaq barədə qərar qəbul edib.
Əmək qanunvericiliyinə uyğun olaraq istirahət günləri ilə üst-üstə düşən bayram günlərinövbəti iş günlərinə keçirilir.