Azərbaycan Beynəlxalq Bankı 2011-ci ildə avtokreditləşmənin həcmini 15% - 83,9 mln. manata qədər artırıb. Bu barədə bankın məlumatında bildirilir.
“2011-ci ildə ABB fiziki şəxslərə avtomobil alınması üçün 2010-cu ildə 72,99 mln. manata qarşı 83,9 mln. manat məbləğində kredit verib”, - deyə məlumatda qeyd edilir.
Bütovlükdə, bankın fiziki şəxslərə ayırdığı kreditlərin ümumi həcminin 26,3%-i avtokreditləşmənin payına düşür.
Məlumatda qeyd edilir ki, bu kredit növünün artması bankda kreditin alınma prosesinin sadəliyi ilə əlaqədardır. Hazırda avtokreditləşmə ilkin ödənişdən asılı olaraq 17% illik bank tərəfindən həyata keçirilir. Minimal ilkin ödəniş 15% səviyyəsində müəyyənləşdirilib. Alınan nəqliyyat vasitəsinin istismar müddəti 5 ili ötməməlidir. Kreditin maksimum müddəti 36 ay təşkil edir.
ABB müxtəlif markalı avtomobillərin alınmasına kredit verir, o cümlədən bank “Hyundai”, “Toyota”, “Volkswagen”, “Porsche”, “Opel”, “Kia”, “Great Wall”, “Geely”, “VAZ”, “Chery” və “Seat” kimi istehsalçıların rəsmi dilerləri ilə sıx əməkdaşlıq edir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.