“Azərenerji” SC-yə daxil olan bütün regional enerji təchizatı müəssisələri martın 16-dan gücləndirilmiş iş rejiminə keçəcəklər. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Bayram günlərində elektrik enerjisinə olan tələbatın iki dəfə artmasına baxmayaraq, enerji təminatında problem olmayacaq. “Azərenerji” SC-də istehlakçıların tələb olunan həcmdə elektrik enerjisi ilə təmin edilməsi üçün tədbirlər planı hazırlanıb və hayata keçirilib. Elektrik ötürücü xətlərinə növbədənkənar baxış keçirilib”, - deyə məlumatda bildirilir.
SC-nin məlumatına əsasən, regional enerji təchizat müəssisələri martın 16-dan gücləndirilmiş iş rejimində işləyəcəklər.
“Bayram günlərində növbətçi və qəza-bərpa briqadaları fəaliyyət göstərəcək”, - deyə məlumatda qeyd edilir.
Problem yarandığı halda istehlakçılar bu barədə “186-qaynar xətt”ə məlumat verə biləcəklər.