Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Xorvatiyanın İqtisadiyyat Palatası (Hrvatska Gospodarska Komora) Anlaşma Memorandumu imzalayıblar. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin saytında məlumat verilir.
Anlaşma Memorandumu Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumunun yekunlarına əsasən imzalanıb.
Biznes forumda kənd təsərrüfatı, sənaye, tikinti, səhiyyə, əczaçılıq, energetika, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın azərbaycanlı və xorvatiyalı iş adamı iştirak edib.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.