Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı ölkənin cənub bölgəsinə səfəri çərçivəsində “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib. Bu barədə dövlət rəhbərinin saytında məlumat verilir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Məmmədsadıq Quliyev Azərbaycan Prezidentinə məlumat verdi ki, Masallıda su təchizatı sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Yeni layihə çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının və Masallı və Cəlilabad rayonlarının içməli su ilə təchizatını təmin etmək üçün təmizləyici qurğunun inşası nəzərdə tutulur.
Bundan başqa, Masallı səfəri zamanı Prezident Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub. Mədəniyyət Evi 1956-cı ildə inşa edilib və 358 tamaşaçı üçün nəzərdə tutulub.