Çərşənbə axşamı Bakıda Xorvatiyanın fəxri konsulluğunun bu ölkənin prezidenti İvo Yosipoviçin iştirakı ilə açılışı olub. Bu barədə Azərbaycanın rəsmi mətbuatı məlumat verib.
İ.Yosipoviç açılış mərasimində qeyd edib ki, bu hadisə ölkələr arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın genişlənilməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələr arasında siyasi əməkdaşlıq yüksək səviyyədədir.
Xorvatiya prezidentinə məlumat veriblər ki, konsulluqda 8 əməkdaşın işi üçün bütün şərait yaradılıb.
İ.Yosipoviçin səfəri zamanı həmçinin Bakının tarixi mərkəzində və Dövlət Bayrağı Meydanında olub.