2012-ci ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM 8 mlrd. manat təşkil edib, bu isə ötən analoji dövrünün göstəricisindən 0,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statisika Komitəsindən məlumat verilib.
ÜDM strukturunda 42,6% qeyri-neft sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-fevral aylarında qeyri-neft sektorunda ÜDM istehsalında artım 7,1% təşkil edib.
Yanvar-fevral ayları ərzində neft sektorunda istehsalın azalması 4,5% təşkil edib.
Dövlət Statisika Komitəsin məlumatlarına görə, hesabat dövründə ÜDM-nin 60,5%-i istehsalatın, 2,5% - ASK, 5% - tikintinin, 6,9% - ticarət və nəqliyyatın, 1,3% - turizmin, 1,6% - rabitə sahəsinin, 11,3% - sosial xidmətlərin, qalanı – digərlərin payına düşüb.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda ÜDM-nin artımı 0,1% təşkil edib.
Azərbaycan hökuməti 2012-ci ildə ÜDM-nin 5,7% səviyyəsində artacağını proqnozlaşdırır.