Martın 16-da Bakıda Azərbaycan və Çin iş adamlarının işgüzar görüşü keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
Görüşün təşkilatçısı Azpromo-dur.
Görüşdə iştirak etmək üçün tikinti və infrastruktur sahələrində fəaliyyət göstərən 20 Çin şirkətinin nümayəndələrindən ibarət heyət Bakıya gələcək.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.