Prezident İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olub. Bu barədə çərşənbə günü rəsmi KİV-in məlumatında deyilir.
Məscidin ərazisində abadlıq və yenidənqurma işləri aparılıb. Prezident Babazanan dağında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əşyaları və digər tapıntılarla tanış olub.
Cümə məscidi 1865-ci ildə tikilib. Sovet hakimiyyəti illərində məsciddən anbar kimi istifadə olunub.
Dövlət başçısı həmçinin Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak edib. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir.