Martın 15-16-da Bakıda nəqliyyat üzrə Azərbaycan-Türkiyə Qarışıq Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
“İclasda tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə edəcəklər”, - deyə məlumatda qeyd edilir.
Komissiyanın iclası “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Cümhuriyyəti Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə müvafiq olaraq keçiriləcək.