“AccessBank”ın kapitalının adekvatlığı 25%-i ötür, bu isə Mərkəzi Bankın (AMB) minimal tələbindən 2 dəfə artıqdır. Bu barədə kommersiya bankının məlumatında qeyd edilir.
Məlumatda qeyd edilir ki, “AccessBank” nizamnamə kapitalını 25,3% - 85 mln. manata qədər artırıb.
“AccessBank”-ın baş meneceri Andrü Pospilovskinin (Andrev Pospielovsky) fikrincə, nizamnamə kapitalının artımı bankın gələcəkdə inkişafına etibarlı əsas yaradır. Bu eyni zamanda təsisçilərin bankımıza töhfəsini və mikro və kiçik sahibkarlığın inkişafı, iqtisadiyyatın diversifikasiyası, yeni iş yerlərinin yaradılması və yoxsulluğun aradan qaldırılması üzrə missiyamızı nümayiş etdirir”, - deyə o əlavə edib.
Nizamnamə kapitalının artımında səhmdarların payı dəyişməyib: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın “Kfw” Bankı – hər biri 20%, “Access Holding” - 16,53%, “LFS Financial Systems GmbH” – 3,47%.