Rusiya president D.Medvedevin dövründə müşahidə olunan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik fəallığını V.Putinin prezidentliyi dövründə saxlayacaq. Rus politoloqu Aleksandr Sotniçenko buna əmin olduğunu bildirib.
“Putinin öz sələfinin müvəffəqiyyətsizliklərini təhlil edib və prinsip etibarilə yeni nizamlanma layihələrin hazırlanması ilə məşğul olacağına ümid etməyə dəyər”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
A.Sotniçenko həmçinin, Azərbaycanın Qəbələ RLS-ın ABŞ-ın RƏM üzrə danışıqlar çərçivəsində Rusiyanın birgə istifadəsi barədə təklifini qəbul edəcəyinə şübhə etdiyini ifadə edib. “İndi aydın olur ki, Qərb Rusiya ilə birgə hər hansı ciddi, xüsusilə, bərabər hüquqlu strateji layihələrdə maraqlı deyil. Düşünürəm ki, əgər danışıqlar davam etdirilərsə, uğura xüsusi ümid bəsləmədən və yalnız Rusiya xarici siyasət kursunun sülhsevərliyinin nümayişi üçün olacaq”, - deyə politoloq qeyd edib.