Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 265 layihənin maliyyələşdirilməsinə 1 mln. 656,7 min manat vəsait ayıracaq. Bu barədə Şuranın mətbuat xidməti cümə axşamı məlumat verir.
Şuranın yekun iclasında qeyd edilib ki, maliyyə yardımı müsabiqəsinə Azərbaycanın müxtəlif qeyri-hökumət təşkilatlarından (QHT) 541 layihə təqdim edilib. Onlardan 73-ü texniki sənədlərin Şuranın tələblərinə cavab verməməsi ilə əlaqədar qəbul edilməyib. Qalan 468 layihə baxılmaq üçün ekspertizaya göndərilib. Nəticədə 265 layihənin maliyyələşdirilməsinə icazə verilib.