2012-ci ilin yanvar-fevral aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 195 mln. 814 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
2012-ci ilin fevral ayında SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 91 mln. 953 min manat təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Cari ilin yanvar-fevral aylarında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 23 mln. 718 min manat (artım 16,9%), o cümlədən fevral ayında 11 mln. 271 min manat köçürüb.
2012-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə planı 1 mlrd. 321,6 mln. manat həcmində müəyyən edilib.
2011-ci ildə SOCAR tərəfindən vergi ödənişləri 1 mlrd. 335 mln. 235 min manat təşkil edib.