Azərbaycan Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində yoxlamalar aparacaq. Bu barədə palatadan məlumat verilib.
Hesablama Palatasının Kollegiyası bu strukturlarda audit proqramını təsdiq edib.
Xüsusilə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçiriləcək audit dövlət büdcəsindən komitənin ehtiyaclarına ayrılan vəsaitlərin məqsədli istifadəsinin yoxlanılmasını əhatə edəcək.
AMEA-nın Naxçıvan bölməsində yoxlama Naxçıvan Muxtar Respublikasının büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və məqsədli icrasına yönəlib.
Bundan başqa, Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üçün gəlir və xərclərinin proqnozlaşdırılması və icra vəziyyəti üzrə Analitik arayış hazırlayacaq.
Kollegiya iclasında “AzEuro Tel” MMC-də, 8 nömrəli sanatoriya tipli internat məktəbində, valideyn himayəsindən məhrum olan uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbind auditin nəticələri təsdiq edilib. Bu yoxlamalarin nəticələri barədə məlumatlar Milli Məclisə (parlament) təqdim ediləcək.