Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Qəbələ rayonunda olub.
Səfər zamanı səfir rayonun icra hakimiyyətinin başçısı Səbuhi Abudllaevlə görüşüb. Görüş zamanı qonağa regionun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə məlumat verilib.
A.Mişenko görüşdən sonra piano istehsalı üzrə “Gilan” fabriki, həmçinin “Gilan” holdinqin konserv zavoduna baş çəkib. Qonağa məlumat veriblər ki, 12 hektar ərazidə yerləşən istehsal müəssisəsinin texnoloji avadanlığına ölkədə analoq yoxdur.
Həmçinin səfir regionun bir neçə mehmanxanaları, o cümlədən istirahət mərkəzində olub.