Azərbaycan-Serbiya arasında münasibətlər yüksələn xəttlə inkişaf edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Serbiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Biserka Yeftimiyeviç-Drinyakoviçi və iqtisadi və regional inkişaf naziri Neboyça Çiriçi qəbul edərkən bəyan edib.
B.Yeftimiyeviç-Drinyakoviç Serbiya prezidenti Boris Tadiçin adından Prezidenti İ.Əliyevə Şərqi Avropa və Balkan regionunda yürütdüyü konstruktiv siyasətə görə minnətdarlığını bildirib. O həmçinin, B.Tadiçin Bakıya və İ.Əliyevin Belqrada səfərlərinin xüsusi vacibliyini qeyd edib.