Martın 20-dən 23-dək Novruz bayramı ilə əlaqədar Bakı mərkəzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda festival keçiriləcək.
Tədbir əsas qala qapıları önündə keçiriləcək, festivala gələnlər müxtəlif müsabiqələrdə iştirak və illüzionistlərin və jonqlyorların çıxışlarına tamaşa edə biləcəklər.
Həmçinin tətbiqi incəsənət məmulatları, suvenirlərin sərgi-yarmarkasının təşkili, o cümlədən milli mətbəx nümunələrinin təqdim ediləcəyi gözlənilir.
Festival günlərində konsertlər və tamaşalar təşkil ediləcək.
Bundan başqa, martın 20-si və 21-də Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğunda festival keçiriləcək, burada konsert və müsabiqələr təşkil ediləcək.