SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) cümə günü Ağstafa rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan “Ağstafa” Avtomatik Qazpaylayıcı Stansiyasından Ağstafa rayonunu “mavi yanacaq”la təmin edən kəmərdə təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri də daxil olmaqla, rayonun Dağ Kəsəmən, Xətai, Yenigün, Poylu, Aşağı Kəsəmən, Zəlimxan və Qıraq Kəsəmən kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Məlumata görə, qazın verilişi cümə günü saat 18:00-dan sonra bərpa olunacaq.