Azərbaycanın hökuməti tərəfindən hazırda su təchizatının yaxşılaşdırılması sahəsində reallaşdırılan layihələrin dəyəri 3 mlrd. manatı ötür. Bu barədə baş nazir Artur Rasizadə cümə günü parlamentdə hökumətin 2011-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edərək bəyan edib.
Baş nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev əhalini qısa müddət ərzində keyfiyyətli içməli su ilə təminatını yaxşılaşdırmaği məqsəd qoyub.
“Bu tapşırıqlar çərçivəsində hazırda mühüm işlər aparılır. 2011-ci ildə 9 regionda bu istiqamətdə işlər davam etdirilib, 29 rayonda – tikinti işləri başlanılıb. 2012-ci ildə daha 23 rayonda analoji işlər keçiriləcək. Reallaşdırılan layihələrin maliyyələşdirilməsinə 3 mlrd. manatdan çox vəsait ayrılması nəzərdə tutulub”, - deyə A.Rasizadə bildirib.
Onun sözlərinə görə, hökumət Kür və Araz çaylarının yanında yaşayan əhalinin içməli su ilə təchizatının yaxşılaşması üçün tədbirlər keçirir. Bu məqsədlə 2011-ci ildə 39 model su təmizləmə qurğuları istifadəyə verilib. “Ümumilikdə, bu cür qurğular 340 min nəfərin yaşadığı 188 yaşayış məntəqəsində mövcuddur”, - deyə baş nazir əlavə edib.