Müdafiə naziri Səfər Əbiyev cümə günü Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Xun Tsuini və İranın respublikamızdakı səfiri Məmmədbağır Bəhramini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə regionda hərbi-siyasi vəziyyət və bir sıra digər məsələlər müzakirə edilib.