Bu həftə Almaniyanın xarici işlər naziri Qido Vestervellenin Bakıya səfəri zamanı Azərbaycan müxalifəti ilə görüşü Azərbaycanın daxili işlərinə müdaxilədir. Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı belə hesab edir.
“Hər hansı ölkənin xarici işlər nazirinin müxalifət qüvvələri ilə görüşü və onun təfərrüatlarınin mətbuatda işıqlandırılmaması yanlışdır”, - deyə M.Qurbanlı cümə günü keçirilən Milli Məclisin plenar iclasında çıxış edərək bəyan edib.
Parlament üzvü Q.Vestervellenin bu görüşünü Almaniyanın Azərbaycandakı səfirliyinin qeyri-kafi fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, Almaniya səfirinin zəif fəaliyyəti barədə Almaniyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına diplomatik missiya vizalarının verilməsi ilə problemləri əsas tutaraq güman etmək olar.