Azərbaycanlı rejissor İlqar Nəcəfin “Buta” bədii filmi Keyptaunda (Cənubi Afrika Respublikası - CAR) “CapeWinelands” film festivalında iştirak edir. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatında bildirilir.
Tədbir martın 14-dən 24-nə qədər keçirilir. “Buta” filminin nümayişi martın 17-si və 20-nə nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən film “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” kino şirkətinin birgə istehsalıdır.
Baş rollarda Azərbaycanın xalq artisti Rafiq Əzimov, aktyorlar Tofiq Əliyev, Ləman Nəbiyeva, Elnur Kərimov və başqaları çəkiliblər. Filmin operatoru Georgi Beridze, bəstəkarı xalq artisti Cavanşir Quliyevdir.