Dövlət Sosial Müdafiə Fondu (DSMF) Novruz bayramı ilə əlaqədar əmək pensiyalarının verilməsini vaxtından əvvəl başa çatdıracaq. Bu barədə DSMF-in sədri Səlim Müslümov cümə günü jurnalistlərə məlumat verib.
“Biz pensiyaçıların mart ayına olan pensiyalarını Novruz bayramına qədər ala bilməsi üçün bütün lazımi işləri görmüşük. Son 3-4 gün ərzində DSMF-in şəhər və rayon şöbələrinin hesablarına 179 mln. manat vəsait köçürülüb. Söbələrin öz hesablarında da 18 mln. manat var. Bu o deməkdir ki, biz bütün respublika üzrə mart ayının pensiyalarının Novruz bayramına qədər verilməsini tamamilə maliyyələşdirəcəyik”,- deyə S.Müslümov bildirib.
Bununla yanaşı, o qeyd edib ki, cümə günü son 75 mln. 933 min manat vəsait DSMF-in qalan rayon və şəhər şöbələrinin hesablarına köçürülüb.
“Bazar ertəsi bu pullar pensiyaçların bank hesablarına oturacaq və onlar öz pensiyalarını ala biləcəklər”,- deyə fondun sədri əlavə edib.