Azərbaycan Beynəlxalq Bankı (ABB) istirahət və bayram günlərində bankomatların nağd pulla doldurulması üzrə işləri fəallaşdırır. Bu barədə bankdan məlumat verilib.
“Əhalinin bütün təbəqələrinin, xüsusilə pensiyaçıların nağd pula ehtiyaclarını təmin etmək məqsədilə, ABB bankomatların nağd pulla doldurulması üzrə fəal iş aparır. İstirahət və bayram günlərində ABB-nin bütün bankomatlarının fasiləsiz işi təmin ediləcək”, - deyə məlumatda qeyd edilir.
Hazırda Azərbaycanda 37 filial fəaliyyət göstərir, həmçinin bank 630-dan artıq bankomat və təxminən 4 min pos-terminal quraşdırıb.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.