Azərbaycanın turizm potensialı Moskvada beynəlxalq sərgilər çərçivəsində təqdim olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Martın 17-20-də “İntourmarket 2012” Beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan 20 kv.metr sahəni icarəyə gotürərək, sərgiyə gələnlərə rus və ingilis dillərində reklam xarakterli çap materiallarını təqdim edəcək. Sərgidə Azərbaycanla yanaşı 138 olkənin turizm biznesinin nümayəndələri iştirak edəcək.
Bundan başqa, martın 21-24-də Moskvda “MİTT 2012” sərgisi keçiriləcək ki, burada Azərbaycan 80 kv.metrlik sahəni icarəyə götürəcək, rus və ingilis dillərində reklam xarakterli materiallarını təqdim edəcək. Azərbaycan sözügedən sərginin işində altıncı dəfə iştirak edir.
Azərbaycanın hər iki sərginin işində iştirakı ilə əlaqədar ölkənin Turizm Departamentinin və turizm şirkətlərinin nümayəndələri Moskvaya ezam ediliblər.