2012-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 4 mlrd. 543,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-dan bildirilib ki, hesabat dövründə adambaşına düşən nominal gəlirlər 12% - 497,9 min manata qədər artıb.
Əhalinin gəlirlərinin ümumi həcmindən 70,6% malların alınmasına və müxtəlif xidmətlərin ödənilməsinə, 9,8% vergi ödənişlərinə, qalan məbləğ banklarda əmanətlərin həcminin artırılmasına və valyuta alışına yönəldilib.
Bütün vergilər və digər icbari ödənişlər ödənildikdən sonra əhalinin sərəncamında 4 mlrd. 99,1 mln. manat məbləğində gəlir qalır ki, bu da 2011-ci ilin yanvar-fevral ayları ərzində qeydə alınan göstəricidən 13,4% çoxdur.