2012-ci il fevralın 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılan bankomatların sayı 2,148 min ədəd təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 0,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
AMB-nin məlumatına əsasən, fevralın 1-nə Bakıda 1187 ədəd (artım 0,7%), regionlarda 961 ədəd bankomat (artım 0,8%) quraşdırılıb.
2012-ci ilin yanvar ayında respublikanın ticarət və xidmət obyektlərində quraşdırılan pos- terminalların sayında artım müşahidə olunub. Xüsusilə, yanvar ayının sonunda onların sayı 13,686 min ədəd (artım 3,5%) təşkil edib.
Bununla yanaşı, Bakıda 12,604 min ədəd (artım 3,7%), regionlarda 1,082 min ədəd (artım 1,4%) pos-terminal mövcuddur.
2012-ci il fevralın 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 12,174 min ədəd bankomat (artım 3,9%) və ya bütün pos-terminalların 89%-i quraşdırılıb.