2012-ci ilin yanvar-fevral aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqı 368,4 manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 8,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən bildirilib.
Şirkətlərdə və müxtəlif təşkilatlarda ştatdankənar əsasda çalışan şəxslərin orta aylıq əmək haqqı 198,9 manat, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərin orta aylıq əmək haqqı 355,4 manat təşkil edir.
2012-ci il martın əvvəlinə respublikada 38,7 min nəfər işsiz statusuna malikdir ki, bunun da 42,8%-ni qadınlar təşkil edir.
İşsizlik müavinətinin orta aylıq məbləği 205,3 manata bərabərdir.