2012-ci ilin yanvar-fevral aylarında Azərbaycan 6 mln. 96,465 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib .
Sayğacların göstəricilərinə görə, bununla yanaşı, 4 mln. 891,305 min ton neft Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə, 721,502 min ton – Bakı-Supsa neft kəməri vasitəsilə, 324,479 min ton – Bakı-Novorossiysk neft kəməri vasitəsilə, daha 159,176 min ton neft – dəmir yolu ilə Gürcüstanın limanlarına ixrac edilib.
Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilən $3 mlrd. 491 mln. 33,2 min ümumi məbləğdə rəsmiləşdirilən neftin həcmi 4 mln. 229,043 min ton təşkil edib.
2012-ci ilin yanvar-fevral aylarında Azərbaycandan $217 mln. 32,4 min məbləğdə neft məhsullarının ixracı 252,777 min ton təşkil edib.