2012-ci il martın 1-nə olan vəziyyətə görə Əsirlərin, Girovların və İtkin Düşmüşlərin işləri üzrə Azərbaycan Dövlət Komissiyası 1980-ci illərin sonundan Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşənlərin siyahısına 4053 nəfər barədə məlumatı daxil edib. Bu barədə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bəyan edir.
“Artıq 20 ildir ki, Ermənistan Dağlıq Qarabağda mövcud olan status-kvonu saxlanılmasına çalışır, bununla insanlığa qarşı cinayətlərini gizlədir və itkin düşən insanların taleyinin müəyyənləşdirilməsinə mane olur”, - deyə E.Səmədov “Azərbaycan” qəzetində dərc edilən məqaləsində qeyd edir.
Komitənin mövcud olduğu dövr ərzində 1045 nəfərin taleyi aydınlaşdırılıb və onların adları itkin düşənlərin siyahısından çıxarılıb. Onlardan 386-sı sağdır, 312 nəfər hərbi əməliyyatlar zamanı həlak olub, 332 nəfərin adlari təkrar itkin düşənlərin siyahısındadır, 15 nəfər isə hərbi hadisələr zonasından kənarda itkin düşüblər. Ümumilikdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə 2280 nəfər barədə məlumat daxil olub.
Komissiyanın BQXK ilə birgə işi zamanı 22 hərbi əsir azad edilib. Hazırda 1 mart 2012-ci il tarixinə Komissiya tərəfindən 1400 nəfər əsirlikdən azad edilmiş kimi qeydiyyatdan keçib. Bundan başqa, 2004-cü ildən etibarən 5 nəfərin, bunlardan üçü hərbçi və iki vətəndaşın cəsədləri ailələrinə verilib. .
Həmçinin, 21 erməni və Azərbaycan ərazisində olan bir nəfərin cəsədi Ermənistana qaytarılıb.