Azərbaycanda banklar əsasən Bakıda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2012-ci il fevralın 1-nə banklar tərəfindən Bakıda borc götürənlərə verilmiş kreditlərin həcmi 10 mlrd. 84 mln. 562,5 min manat və ya bankların respublika üzrə bütün kredit qoyuluşlarının 87,4%-ni təşkil edir.
Ümumilikdə, Bakıda banklar tərəfindən kreditlər orta hesabla illik 15,8% dərəcəsi ilə verilir. Respublika üzrə kreditlər orta hesabla illik 16,4% dərəcəsi ilə verilir.
Bakıda banklar tərəfindən milli valyutada kreditlərin həcmi cari ilin 2012-ci ilin 1 fevral tarixinə 5 mlrd. 586 mln. 728,8 min manat, xarici valyutada - 3 mlrd. 228 mln. 666,8 min manat təşkil edir. Bununla yanaşı, milli məzənnədə kreditlər üzrə fazi dərəcəsi orta hesabla 15,8%, xarici valyutada - 15,7% təşkil edir.
Fevral ayının əvvəlinə banklar tərəfindən Bakıda borc götürənlərə 2 mlrd. 644 mln. 758,3 min manat qısamüddətli, 6 mlrd. 170 mln. 637,2 min manat məbləğində - uzunmüddətli kreditlər verilib.
Regionlarda kommersiya bankları hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Abşeron iqtisadi regionunda - 285 mln. 110,2 min manat (orta dərəcə illik 17,64%), Aran iqtisadi rayonunda - 280 mln. 909,1 min manat (22,4% dərəcə ilə), Gəncə-Qazax iqtisadi rayonunda – 281 mln. 257,8 min manat (21,5%), Lnkəran iqtisadi rayonunda - 121 mln. 974,5 min manat (24,4%).
Kreditləşdirilmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.