2012-ci ilin yanvar ayında Azərbaycanın Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZİPS) dövriyyəsi 7 mlrd. 292 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2012-ci ilin yanvar ayında AZİPS-də 23 min əməliyyat aparılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15% çoxdur.
Hesabat ayının yekunları üzrə iri ödənişin orta həcmi 317 min manat (artım 16,1%) təşkil edib.
Cari ilin yanvar ayında Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) dövriyyəsi 2 mln. 33 min əməliyyat üzrə 747 mln. manat təşkil edib. “XÖHKS üzrə dövriyyə 73,7%, əməliyyatların sayı 2,4 dəfə artıb”, - deyə bankın nümayəndəsi bildirib. Hesabat ayında kiçik ödənişin orta həcmi 367,4 manat (azalma 27,2%) təşkil edib.
AZİPS və XÖNKS milli ödəniş sistemləridir.