Çərşənbə axşamı Cənubi Koreyanın paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammitinin ikinci gününün tədbirləri başlayıb.
Rəsmi olaraq sammit bazar ertəsi işə başlayıb, lakin onun iclasları çərşənbə axşamına nəzərdə tutulub.
Sammitdə Rusiya prezidenti Dmitri Medvedev iştirak edir. Burada həmçinin, 50-dən artıq ölkə və dörd beynəlxalq təşkilatın rəhbərləri iştirak edirlər.
Sammitin iclasları fiziki nüvə təhlükəsizliyinin gücləndirilməsi sahəsində milli tədbirlər və beynəlxalq əməkdaşlığa, həmçinin iki fəaliyyət istiqaməti: fiziki və texniki nüvə təhlükəsizliyi arasında qarşılıqlı əlaqəyə həsr ediləcək.
Bununla yanaşı, RF prezidentinin köməkçisi Serqey Prixodkonun məlumatına görə, sammitdə İran və Şimali Koreyanın nüvə proqramları mövzusunun müzakirəsi planlaşdırılmır. Hərçənd ki, ötən həftə Cənubi Koreya prezidenti bir neçə KİV-ə verdiyi müsahibədə bəyan edib ki, qarşıdakı sammitdə Pxenyanın 2012-ci ilin aprelin ortasına planlaşdırılan Yerin süni peykinin buraxılması məsələsi Çin, Rusiya, ABŞ, Yaponiya və Cənubi Koreya liderlərinin müzakirə mövzusu olacaq.
Şimali Koreya, öz növbəsində Seul sammitinin iştirakçılarını Pxenyana qarşı hər hansı bəyanatlarla çıxış etməmək barədə xəbərdarlıq edib. Seulda Nüvə təhlükəsizliyi sammitinin yekunlarına görə Koreya Xalq Demokratik Respublikasına qarşı istənilən provokasiya xarakterli bəyanat müharibə elan edilməsinə bərabər tutulacaq. Bu barədə Şimali Koreyanın rəsmi agentliyi olan “STAK” məlumat verib.
D.Medvedev iclaslardan sonra İordaniya kralı İkinci Abdulla ilə görüşəcək və yekun mətbuat konfransı keçirəcək.
Daha öncə Ermənistanın başçısı Serj Sarqsyan, Azərbaycanın - İlham Əliyev, Ukraynanın - Viktor Yanukoviç, Gürcüstanın - Mixeil Saakaşvili, Qazaxıstanın - Nursultan Nazarbayev, Koreya Xalq Respublikasının sədri Xu Szintao sammitdə iştirak edəcəklərini bəyan ediblər.
Bundan başqa, Əlcəzair prezidenti, Finlandiyanın yeni prezidenti, Fransanın, Avstraliyanın, İspaniyanın, Kanadanın, Yaponiyanın baş nazirləri və digərləri iştirak edəcəklər,.
Bütün tədbirlərdə müzakirələr mətbuat üçün qapalı rejimdə keçiriləcək.