Bakı və Rusiyanın bir neçə şəhəri arasında aviareyslər təxirə salınıb. Bu barədə çərşənbə axşamı Azərbaycan KİV-i xəbər verir.
Belə ki, çərşənbə axşamı Rusiyanın Moskva, Perm və Omsk şəhərlərindən Bakıya və əks istiqamətlərə aviareyslər yerinə yetirilməyib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşların təxirə salınma səbəbləri “İnterfaks-Azərbaycan” agentliyinə açıqlanmayıb. "Bizdə müvafiq məlumat yoxdur, bu reyslər Rusiya aviaşirkətləri tərəfindən yerinə yetirilir", - deyə "AZAL" QSC-nin ("Azərbaycan Hava Yolları") mətbuat xidmətindən bildirilib.