“Bank ABB-Moskva” MMC “MDB və Avrasiya inteqrasiyasının yeni formatları” illik MDB ölkələrinin Beynəlxalq İqtisadi Forumunun rəsmi sponsoru və iştirakçısı kimi çıxış edib. Bu barədə Azərbaycan Beynəlxalq Bankdan (ABB) məlumat verilib.
Forum martın 20-də Moskvada keçirilib. Tədbirdə MDB ölkələrinin 700-dən çox nümayəndəsi iştirak edib: MDB İqtisadi Şuranın üzvləri, nazirlik və idarələrin rəhbər əməkdaşları, aparıcı sənaye və ticarətin müəssisələrinin rəhbərləri, milli hakimiyyət orqanlarının, iri maliyyə institutları və Birliyin təşkilatlarının nümayəndələri.
Forumun plenar iclasında “MDB çərçivəsində inteqrasiya proseslərinin bank təminatı” adlı məruzə ilə bankın İdarə Heyətinin sədri Fuad Abdullayev çıxış edib.
“ABB-Moskva”nın idarə heyəti sədrinin müşaviri Azər Səfərov “İnvestisiyalar və MDB-nin infrastrukturu” seksiyasında çıxış edib.
Ötən ilə yekun vuraraq, Beynəlxalq İqtisadi Forum çərçivəsində, MDB ölkələrinin iqtisadi inkişafının Biznes mərkəzi ən yaxşı regional və federal bankların, həmçinin Birliyin iqtisadi sabitliyinin möhkəmlənməsi və bank sisteminin inkişafı üçün uğur və nailiyyətləri böyük əhəmiyyətə malik olan tərəfdaş şirkətlərin adlarını çəkib. Bu nominasiyada F.Abdullaev MDB ölkələrinin iqtisadi inteqrasiyasının inkişafına töhfəyə görə fərdi diplomla təltif edilib və “MDB-nin biznes lideri” medalına layıq görülüb.
“Bank ABB-Moskva” 2002-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın 100%-lik törəmə strukturu kimi yaradılıb. Hazırda bank şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 14 satış ofisi var.