Azərbaycan polisləri narkotik satışında, eləcə də silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən Salyan rayon sakinini saxlayıblar.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Axtarış zamanı saxlanılan şəxsin evindən 1,294 kq həşiş, 193 qram heroin, 101 qram tiryək, 13 şpris, həmçinin bıçaq, “Makarov” tipli tapança, pnevmatik tüfəng və 3 patron tapılıb.
Bununla yanaşı, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Biləsuvar şəhər sakini öyrədilmiş şəxsə 948 qram heroin satmağa cəhd edərkən saxlanılıb. Paytaxtda isə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini tutulub . Axtarış zamanı 1,125 kq həşiş tapılaraq müsadirə edilib.
Bütün faktlar üzrə cinayət işi açılıb.