Əmlak Məsələləri Dövlət Komitəsi nəzdində Daşınmaz Əmakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi Ələt-Astara avtomobil yolu boyunca kadastr planının hazırlanması və qeodeziya işləri üzrə podratçı seçir. Bu barədə mərkəzin məlumatında bildirilir.
Avtomobil yolunun yenidənqurulması üzrə işlər aparılan ərazilərdə obyektlərin tikintisi üçün torpaq sahələrinin dövlət ehtiyatları üçün alışı ilə əlaqədar işlərin həcminə kadastr planının hazırlanması və geodeziya çöl işlərinin aparılması daxildir.
Seçimdə iştirak etmək istəyən şirkətlər aprelin 2-nə qədər təkliflərini təqdim etməlidirlər.
Ələt-Astara vvtomobil yolunun uzunluğu 243 kilometr təşkil edir. Avtomobil yolunun yenidənqurulması üzrə işlər Asiya İnkişaf Bankının, Azərbaycan hökumətinin kredit vəsaitləri hesabına maliyyələşdirilir.