Sabirabad rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində 4 nəfər həlak olub. Bu barədə çərşənbə günü Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Səhər saatlarında Qaraqaşlı kəndində evdə yanğın olub. Yanğın söndürüldükdən sonra FHN əməkdaşları ev sahibinin oğlunun və üç azyaşlı nəvəsinin yanmış cəsədlərini aşkar ediblər. Uşaqların anası isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.