1918 ilin mart-iyul aylarında Bakı, Şamaxı və Şamaxı və Göyçay rayonlarının kəndlərində müsəlmanlara qarşı kütləvi qırğın faktları üzrə Fövqəladə İstintaq Komissiyası (FİK) tərəfindən çəkilən və toplanan nadir şəkillərin daxil olduğu kitab-albom Azərbaycanda çapa hazırlanır.
“Kitab 1918-ci ildə baş verən hadisələr barədədir. O zaman erməni-bolşevik silahlı qüvvələri on minlərlə dinc azərbaycanlını, həmçinin müsəlman əhalisinə aid olan arxitektura abidələrini, məscidləri, şəhər yaşayış məhəllələri, bütün kəndləri, mülki və ticarət obyektlərini, məktəbləri, xəstəxanaları məhv edib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Milli Elmlər Akademiyasından məlumat verilib.
Bu faciəli hadisələrdən sonra FİK-in təxminən yüz şəkili Fransaya göndərilib və Azərbaycan diasporası vasitəsilə Paris Sülh Konfransında bir çox xarici dövlətlərin başçılarına çatdırılıb. “Azərbaycanda şəkillər saxlanılmayıb və 90 ildən artıq müddətdə itirilmiş hesab edilib. Yaxın zamanda bu kitab-albomun tərtibatçısı olan professor, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi 102 şəkili xarici arxivlərdən tapıb”, - deyə agentliyin müsahibi bildirib.
Şəkillərlə bilavasitə əlaqəli olan FİK sənədləri həmçinin kitaba daxil edilib.
FİK 1918-ci ilin iyul ayında Azərbaycan hökuməti tərəfindən birinci dünya müharibəsindən başlayaraq bütün Zaqafqaziya daxilində müsəlman əhalisi və onların əmlakı barəsində edilən zorakılıq və qırğın faktlarını araşdırılması üçün yaradılıb..
Kitab-albom, FİK-in materiallarının bütün seriyası kimi, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi yardımı ilə çap ediləcək.
1918-ci ildə baş verən hadisələr Azərbaycanda lazımi siyasi-hüquqi qiymət alıb. Ölkə rəhbərliyinin qərarına əsasən martın 31-i Azərbaycanlıların Soyqırım günü kimi qeyd edilir.