Bakıda görkəmli musiqiçi və bəstəkar Mstislav Rastropoviçin 85 illiyi ilə əlaqədar silsilə musiqi axşamları keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Leopold və Mstislav Rostropoviçlərin Ev Muzeyindən məlumat verilib.
Çərşənbə axşamı ev muzeyində maestronun birinci yubiley axşamı keçirilib, burada Bakı Musiqi Akademiyasının (BMA) prorektoru, əməkdar incəsənət xadimi Yeganə Axundova çıxış edib. O həmçinin, fortepianoda musiqi əsərini ifa edib və maestro Rastropoviçin həyat və yaradıcılığı ilə bağlı bir sıra arxiv materiallarını hədiyyə olaraq muzeyə təqdim edib. Onların arasında, xüsusilə, Rastropoviçə ünvanlanan trio notları və məktublar var.
Konsertdə Stvayerin “Tarantella”, BMA-nın tələbəsi Rəşid Əliyevin skripkada ifasında M. de Falyenin ispan rəqsi, Eyyub Əliyevin (violonçel) və Cavad Cavadzadənin (kontrabas) ifasında C.Rossininin “Violonçel və kontrabas üçün duet”, Kamal Paşazadənin (violonçel), Nadir Məlikov (skripka) və Teymur Şəmsiyevin (fortepiano) ifasında Rahmaninovun “Elegiya triosu”
əsərləri səslənib.
Çərşənbə günü Rostropoviçlərin ev muzeyində maestronun xatirəsinə həsr edilən ikinci musiqi axşamı keçirilir. Bu Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdlərinin, məktəbin direktoru, Azərbaycanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında konsertidir. Xüsusilə, konsertin proqramına Dmitri Şostakoviçin, Vivaldinin, Qara Qarayevin, Arif Məlikovun, Veraçininin, Ferens Listin və dünyanın görkəmli musiqiçilərinin digər musiqi əsərləri əsərləri daxildir.
Cümə axşamı Rostropoviçlərin ev muzeyində üçüncü musiqi axşamı keçiriləcək, burada L. və M.Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin şagirdləri böyük konsert proqramı ilə çıxış edəcəklər.