Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqın və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün Brüsselə yola düşüb .
“İnterfaks Azərbaycan”agentliyinə Milli Məclisdən xəbər verildiyi kimi, iclasda itkin düşənlərin axtarışı, miqrantların vəziyyəti və onların seçkilərdə iştirak hüququ, Gürcüstan – Rusiya müharibəsindən sonra humanitar vəziyyət məsələlərinə toxunulacaq.
AŞPA-nın Miqrasiya, qaçın və məcburi köçkünlər komitəsinin iclası 29-31 martda keçiriləcək.