SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Goranboy rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 18:00-dək “Goranboy” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Goranboy şəhəri də daxil olmaqla, rayonun Qızılhacılı və Veyisli kəndlərinə, eləcə də Ağcakənd istiqamətindəki bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq”, - deyə şirkətdən bildirilib.