Kürdəmir rayonu ərazisində yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Cümə axşamına keçən gecə baş verən qəza nəticəsində xəsarət almış daha 2 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı təhqiqat aparılır.