Aprel ayının 6-dan 15-dək Gəncə şəhərində II Respublika Dekorativ-tətbiqi sənət Festivalı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“I Respublika Dekorativ-tətbiqi sənət Festivalı 2009-cu ildə keçirilib. Festivalın keçirilməsi Azərbaycanda dekorativ-tətbiqi sənətinin inkişafı və təbliği işinə güclü stimul olub”, - deyə mənbə bildirib.
Festivalda yaşı 17-dən yuxarı olan dekorativ-tətbiqi sənət ustaları iştirak edə bilərlər. Ən yaxşı işlər Bakı şəhərində təşkil olunan yekun sərgidə nümayiş etdiriləcək. Festivalın diplomu və mükafatlar yekun sərgi çərçivəsində təqdim olunacaq.