Martın 30-31-də Qırğızıstan prezidenti Almazbek Atambayev Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “İnterfaks” agentliyinə Qırğızıstanın prezident aparatından məlumat verilib.
“ A.Atambayevin Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və respublikanın digər hakimiyyət nümayəndələri ilə görüşləri planlaşdırılıb”,- deyə aparatdan bildirilib.
Tərəflərin siyasi, iqtisadi və mədəni- humanitar əlaqələrin genişlənməsi və gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.